DEMENSİYA ƏLEYHİNƏ DƏRMANIN KLİNİK SINAQLARI BAŞA ÇATDI

2026-CI İLDƏ TƏSDİQLƏNƏCƏYİ GÖZLƏNİLİR
Avstraliyanın “Filamon Limited” biotexnologiya şirkəti demensiyanın müalicəsi üçün dərman hazırlayıb. ALPHA-003 dərmanı həyati vacib beyin hüceyrələrinin bütövlüyünü qorumaq və onları beyin iltihabı nəticəsində məhv olmaqdan qorumaq üçün nəzərdə tutulub. Avstraliyalı alimlər tərəfindən yaradılan dərmanın Alzheimer xəstəliyi və frontotemporal demensiyanı da müalicə edəcəyi gözlənilir.
“Demensiyanın əksər formaları ilə bağlı əsas problem mikrotubullar kimi tanınan beyin hüceyrələrinin əsas struktur komponentinin məhv edilməsidir. Bu uzun, içi boş borular beyinin normal işləməsi üçün çox vacibdir, demensiyada isə bu mikrotubullar parçalanır və beyin hüceyrələrinin ölümünə səbəb olur, deyə Qərbi Sidney Universitetinin Onkologiya professoru və Filamon şirkətinin həmtəsisçisi, dosent Kieran Scott bildirir.
Bu günə qədər heç kim mikrotubulların məhv edilməsinin qarşısını almaq üçün bir yol tapmayıb. “Biz inanırıq ki, ALPHA-003 mikrotubulları zədələnmədən qoruyan beyin hüceyrələrinin iki əsas komponentini – tau proteini və neyrofilamentləri stabilləşdirərək ilk belə dərman ola bilər.”
Preklinik tədqiqatlar yeni ALPHA-003 dərmanının effektivliyini sübut etdi. Filamon 2026-cı ildə dərmanın klinik sınaqları üçün təsdiq almağı planlaşdırır.