Disk yırtığının ən ağır əlaməti hansıdır?
“Bizim onurğamız fəqərələrdən ibarətdir. Fəqərələrin də arasında yastıq rolunu oynayan disklər var. O disklərdən hansındasa, yırtılma baş verdikdə, onurğa kanalına doğru siraət etməsi disk yırtığı deməkdir. Hər iki fəqərənn arasında bir sikd mövcuddur. O, disk yırtılanda onurğa kanalının, yəni onurğa beyninin sıxışmasına səbəb olur. Onurğada disk yırtığı bəzən heç bir simptomu olmadan, əlamət hiss edilmədən də mövcud ola bilər”.
Bunu Medical Media-ya açıqlamasında uzman neyrocərrah Fərid Qaralov deyib.
Həkim bildirib ki, bəzi xəstələrdə ağrı olmasa da, bədəndə həddən artıq gücsüzlük olur. İnsan ayaq üstə durmaqda çətinlik çəkir və.s. Ən təhlükəli hal isə xəstənin sidiyə çıxmasını hiss etməməsidir. Diskin onurğaya doğru yırtılması çox təhlükəlidir. Mütləq şəkildə müalicə edilməlidir.
Zeynəb Müzəffərli