Dispepsiyanı nə yaradır?

Dispepsiya həzm pozğunluğu ilə əlaqədar olan şikayətlərdir. Bunlara aiddir: qıcqırma,gərimə, döş sümüyünün aşağısındakı yanma,göynəmə hissidir. 

Qastroenteroloq Nuranə Quliyeva Medical Media-ya açıqlamasında dispepsiyanın yaranma səbəblərindən və müalicəsindən danışıb. 

“Səbəbisə mədə,qida borusunda olan xəstəliklər,mədə xorası onikibarmaq bağırsağın iltihabi prosesləri, qida borusunun xəstəlikləri bunlarla əlaqədar yarana bilər”. 

Xəstəliyin müalicəsinə gəlincə isə Nuranə Quliyeva bildirdi ki, xəstəliyin səbəbinə görə dəyişir. 

“Əgər onikibarmaq xorası səbəbilə yaranıbsa,müalicə bu istiqamətdə gedir. Reflüks xəstəliyi varsa, ona müvafiq olaraq müalicə təyin olunur. Bəzən isə bu şikayətlər sadəcə ürək xəstəliklərindən də ola bilər. Ona görə də döş sümüyü arasında yanma,göynəmə hissi olanda ilk olaraq kardioloq müayinəsindən keçmək məsləhət görülür”. 

Zeynəb Müzəffərli