Donuzda insan dişi yetişdiriləcək

İMPLANT TEXNİKASI TARİXƏ QOVUŞUR

Amerikalı alimlər donuzların ağızlarında insan dişlərini yetişdirməyə nail olublar.
Amerikanın Tafts Universitetinin alimləri dişləri bərpa etmək üçün insanın ağıl dişlərindən və donuzların diş hüceyrələrdən istifadə ediblər. Əvvəlcə biomühəndislik qəlib yaradılıb, hüceyrə qarışığı ilə doldurulub və eksperimental donuzların çənələrinə implantasiya edilib. Cəmi üç aydan sonra heyvanlarda forma və quruluşu eyni olan insan dişləri yetişməyə başlayıb.
Bu sıçrayış tibb üçün böyük əhəmiyyət kəsb edir. İtirilmiş dişləri implantlardan istifadə etmədən bərpa etmək mümkün olacaq.