Dünyanın ən ideal xəstəxanası


SİZİ GÜLÜMSƏYƏN ROBOTLAR QARŞILAYIR
Dünyanın ən ideal xəstəxanası Çində yerləşir.
Jen Show Hospital xəstəxanası – texnologiyanın insan gücü ilə mükəmməl şəkildə sinxronlaşdırıldığı və tibbdə inqilab yaradan yerdir. Xəstəxanaya daxil olduğunuz zaman, sizi gülümsəyən robotlar qarşılayır. Tibb bacıları isə xəstələrlə məşğul olarkən, xüsusi robotlar ultrabənövşəyi lampalarla dəhliz və palataları insanların iştirakı olmadan dezinfeksiya edir. Bununla da, zaman və əmək istifadəsi azalır.
Təcili olaraq dərman lazım olduqda, kilometr uzunluğunda növbəyə durmağa ehtiyac yoxdur. Kiçik robotlar tavanın üstündəki relslər üzərində hərəkət edərək dərmanı və avadanlığı bir neçə saniyə ərzində çatdırır. Həmçinin bir çox dərmanlar yaşlılara və dekretə çıxmış analara pulsuz verilir. Android robotlar dərmanı xüsusi kanal vasitəsilə birbaşa tibb bacılarına ötürür, nəticədə bu həkim səhvlərini aradan qaldırır və həkimlərə xəstələrlə daha çox vaxt keçirməyə imkan yaradır. Bundan əlavə, tibb bacılarının işinin effektivliyini artırmaq üçün elektrobuslardan, yəni sürətli nəqliyyatdan istifadə olunur.