Elektron siqaretin daha bir təhlükəsi:

CİNSİ DİNFUKSİYA VƏ AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ
Elektron siqaret çəkənlərdə cinsi disfunksiya halları müşahidə edilirr, həmçinin ağız boşluğunun selikli qişasında xərçəngin erkən mərhələləri aşkar edilib. Bundan əlavə, artıq sübut edilib ki, elektron siqaretlər tütünə nisbətən DNT-də mutasiyalara 2,6 dəfə daha çox səbəb olur.
Bu sözləri Şimali Qafqaz Federal Universitetinin eksperti Qleb İvçenkonun bildirib və qeyd edib ki, bunlar, problemlərin yalnız kiçik və alimlərə məlum olan hissəsidir.
Xatırladaq ki, ötən ay Rusiya vətəndaşında veypdən yarandığı iddia edilən “popkorn xəstəliyi” aşkar edilib. Xəstəlik məktəblinin ağciyərində həyati təhlükə yaradacaq qədər ciddi fəsadlara səbəb olub.