Emosional yelləncəklərin mexanizmi tapıldı

KƏSKİN ƏHVAL DƏYİŞKƏNLİYİNİN SƏBƏBİ TAPILDI
Gah çox şən, gah da çox kədərli əhval dəyişkənliyinə məruz qaldığı üçün normal, sağlam həyat tərzi olmayan bipolyar pozuntusu olan şəxslərin “emosional yelləncəy”inin mexanimzi tapılıb.
Kanadanın McGill Universitetinin alimləri bipolyar pozuntusu olan xəstələrdə maniya və depressiyanın növbələşməsinin səbəblərini aşkar edib. Tədqiqat “Science Advances” elmi jurnalında dərc olunub.
Maniya və depressiya arasında kəskin keçid bipolyar pozuntunun əsas xüsusiyyətidir. Maniya artan enerji, eyforiya, impulsivlik və yuxu ehtiyacının azalması ilə müşahidə edilir. Depressiya isə kədər, yorğunluq, həyata marağın itməsi və ümidsiz düşüncələr ilə xarakterizə olunur. Bu fazalar müxtəlif tezliklərdə bir-biri ilə növbələşə də bilir, bəzən sabit əhval-ruhiyyə sonrası da yaranır.
Yeni araşdırma əhval dəyişikliyinin arxasında, 24 saatlıq “daxili saat”ın olduğunu və fərdi bioloji ritmlə sinir fəaliyyətinin dopamin ifrazı mexanizminin asılı olduğunu müəyyən edib.
“Bizim modelimiz əhval-ruhiyyə dövriyyəsini izah edən ilk universal mexanizm təklif edir. McGill Universitetinin psixiatriya dosenti, tədqiqatın aparıcı müəllifi Kai-Florian Storç izah edib. Bu, günəş və ayın müntəzəm yerdəyişməsi kimidir. Amma təəssüf ki, hələ maniya və depressiyanın yerdəyişmə sinxronizasiyasını aktivləşdirən dəqiq molekulyar mexanizmlər və amillər naməlum olaraq qalır. Lakin bu istiqamətdə yeni araşdırmalara başlayacağıq, deyə Storç bildirib.