ESTETİK ƏMƏLİYYATLARIN HƏYAT RİSKİ

ESTETİK ƏMƏLİYYATLARIN HƏYAT RİSKİ

NƏYƏ DİQQƏT EDİLMƏLİDİR?
Aygül Orucova, Pərvanə Ağayeva, Leyla Orucova , Aybəniz Almuradova , Nərmin İsgəndərova bu xanımlar gözəllik arzusunun qurbanlarıdır. Estetik əməliyyat nəticəsində həyatını itirən qadınların həm ölkədə, həm də dünyada kifayət qədər sayı olmağına baxmayaraq, bu cərrahi müdaxilələr hələ də çox aktualdır.
Estetik əməliyyatların 3 ümumi riski qeyd edilir:
İlkin olaraq anesteziya ilə bağlı komplikasiyalar təhlükə yaradır.
Hər cür cərrahi əməliyyatda olduğu kimi, estetik əməliyyatlarda da anesteziya istifadə olunur. Anesteziya zamanı tənəffüsün yavaşıması, təzyiqin düşməsi kimi hallar baş verə bilər. Bu səbəbdən əməliyyatın ixtisaslı anestezioloq və reanimatoloqlar tərəfindən aparılması vacibdir.
İkinci məqam isə emboliya riskidir. Xüsusilə liposaksiya kimi əməliyyatlarda yağ emboliyası və ya tromb emboliyası riski mövcuddur. Bu, piy və ya qan laxtasının qan damarlarını tıxaması nəticəsində həyati təhlükə yarada bilər.
İnfeksiya və qanaxma da ölüm riski yarada bilər. Əməliyyat sonrası yaranın infeksiyalaşması və ya kəskin qan itirmə kimi hallar da mümkündür. Bu cür komplikasiyalar xəstənin sağlamlığını ciddi şəkildə təhlükəyə ata bilər.
Risklərin azaldılması üçün mütəxəssislər həkim və cərrahi müdaxilənin icra olunduğu xəstəxananı doğru seçməyi, peşəkarlara müraciət etməyi tövsiyə edir.