Ev dəyişmək sağlamlığa mənfi təsir edir

YENİ ARAŞDIRMA
Alimlər yaşadığınız yerin dəyişdirilməsinin ürək-damar xəstəlikləri riskinə necə təsir etdiyini müəyyən ediblər.
Sən demə ev dəyişdirmək ürək-damar xəstəlikləri riskini artırır.
Tədqiqat Qana və Hollandiyanın kənd və şəhər yerlərindən olan 1100-dən çox insanı əhatə edib. Bütün respondentlər eyni sorğunu cavablandırıb. Bundan əlavə qan və nəcis nümunələri verilib. Nəticələr göstərib ki, miqrasiya zamanı mikrobların bəzi qrupları yox olur və yeniləri yaranır və bu, sağlamlığa zərər vurur.