Fövqəladə vəziyyət elan edildi

KOLUMBİYADA EPİDEMİYA
Kolumbiya hökuməti sarı qızdırma epidemiyası səbəbi ilə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Qilyermo Alfonso Xaramilyo “Senal Colombia” telekanalının efirində məlumat verib.
Məlumata görə, infeksiya səbəbindən 30-dan çox insan həyatını itirib.
Nazir qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı müəyyən edilib və onlardan 34-ü ölümlə nəticələnib.
“Söhbət artıq əvvəllər risk zonası hesab edilən 388 bələdiyyədən getmir. Xəstəlik artıq Amazoniyanın, Çoko departamentinin və Katatumbo regionunun hüdudlarından kənara çıxıb və ölkənin mərkəzində peyda olub, ölkə və bütün cəmiyyət üçün açıq təhlükəyə çevrilib”, – deyə nazir vurğulayıb.
Şöbə müdiri həmçinin əhalini peyvənd etdirməyə və infeksiya daşıyıcısı olan ağcaqanadların yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.