Gənclər niyə ailə qurmaq istəmirlər?- mütəxəssisdən MARAQLI CAVAB

https://dle.medicalmedia.az/uploads/posts/2023-05/medium/1683890449_whatsapp-mage-2023-05-11-at-03_43_12-2.jpeg

İdeal bir ailə sevgi olmadan ağlasığmazdır.Lakin bəzən sevgi üzərində qurulan ailələr belə xoşbəxt sonluqla bitmir.  Mütəxəssislər əks cinsin nümayəndələrinin biri-birilərini xarici görünüşünə görə seçdiklərini və buna görədə boşanma hallarının sayının gün keçdikcə artdığını bildirirlər. 

Psixoloq İradə Hüseynova Medical Media-ya bu barədə açıqlama verib.

Onun sözlərinə görə son zamanlar bir çox ailələrin qurluması gecə qondulara bənzəyir .Vəziyyətin bu cür olmasının səbəbi  isə ailə quran çütlüklərin bir-birinin daxili dünyalarına bələd olmaması,sadəcə xarici görnüşlərinə görə uyğun olduqlarını düşünərək ailə qurmalarıdır.

“Təəssüflər olsun ki, ailə seçimində az faizdə insanlar seçim edərkən  bir-birlərini tək hislərlə, emosiyalarla, görüntü ilə, hər hansısa xarici imkanlarla yox, daxili araşdırmalar aparsın. Hislərin,maraqların,tələbatların üst-üstə düşməsi və əksinə hal çox insanları seçim edərkən maraqlandırmır. Bax elə boşanmanın qaynağı burden başlayır”. 

Psixoloqun sözlərinə görə bir insanın daxili dünyasının tanımaq üçün ən asan metod həmin insanı əsəbləşdirməkdir Psixoloqun sözlərinə görə insan əsəbi olan zaman öz daxili dünyasını birüzə verir.

Boşanmalar zamanı cütlüklərdən çox uşaqlar pisixoloji problemlər yaşayır. İradə Hüseynova bildirdi ki, yaranan vəziyyəti uşağa təmkinlə dolayı yollarnan bildirmək və ya psixoloqlar vəstəsilə çatdırmaq daha uyğun olar .Çünki bu vəziyyət uşağın gələcəkdə ailə həyatı qurmasında problemlərə yol aça bilər .

Şahnun Qasımova