Gecə asan şəkildə yuxuya getmək üçün bunları edin- MÜTƏXƏSSİS

“Yuxu pozuntusu yaradan səbəblərdən ən başlıcası yuxu rejiminin qaydada olmamasıdır. Yəni fərqli zamanlarda yatmağı nəzərdə tuturam. Bu hal yuxunun keyfiyyətinə,yuxuya getmə hallarına mənfi təsir göstərir”.

Bu sözləri Medicalmedia.az-a açıqlamasında nevroloq Ülviyyə Səlimova deyib.

“Hər birimiz texnologiyanın inkişaf etdiyi zamanda yaşayırıq.Yuxuya getməməyin digər səbəbi də bununla bağlıdır. Yatmadan öncə mobil telefonlardan, kompüterlərdən, hətta bəzi insanlar yataq otağına televizor yerləşdirir-bunların göy işığı beyinə oyandırıcı təsir göstərir. Bu hal yuxu rejimini pozur”.

Həkim yuxuya getməyə kömək edən vasitələrdən də danışdı.

“Əgər yuxuya getmədə probleminiz varsa yatmadan öncə duş qəbul etmək, təmiz havada gəzmək,ilıq süd içmək, sakitləşdirici,sinirlərimizə rahatlıq gətirən musiqilər dinləmək yuxu keyfiyyətini yaxşılaşdıra bilər”. 

Həkim həmçinin yuxuya getmədən öncə kitab oxumağı da məsləhət gördü. 

“Kitab oxumaq qədimdən ən yaxşı yuxuya getmə vasitəsi olub. Bu sahədə həm maariflənə,həm də smartfonların zərərlərindən qorunmaq mümkün olar”. 

Zeynəb Müzəffərli