Genetiklər xəbərdarlıq edir..- VİDEO

Xromosomlar və ya gendəki dəyişikliklər nəticəsində, başqa sözlə valideynlərdən ötürülən genetik xəstəliklər bəzi insanlarda doğuşdan, bəzilərində isə həyatının başqa bir mərhələsində ortaya çıxa bilər.

Araşdırmalara görə, hər 30 nəfərdən biri genetik xəstəliklə doğulur. Azərbaycanda daha sıx yayılan genetik xəstəlik diabet xəstəliyidir. Bu xəstəlik bədənin qandakı şəkərin bütünlüklə emal edə bilmədiyi vaxt başlayır. Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.

 Medicalmedia.az-a açıqlamasında genetik  mütəxəssis Jalə Nəsibova bildirdi ki, diabet xəstəliyi valideynlərdən hər hansısa birində varsa dünyaya gələcək uşaqlarda xəstəlik olmasa belə diabetə meyillilik olur. Odur ki, belə insanların ildə iki dəfə şəkər analizi verməsi məsləhət edilir. 

Fərid Yusifov