Görmə qabiliyyəti zəif olanlar da idman oyunlarını izləyə biləcək
YENİ TEXNOLOGİYA

“Haptic handheld”, oyundakı hadisələri zəif görənlərə çatdırmaq üçün toxunma hissi ilə işləyən əl cihazı yaradıb.
“OneCourt” idman yayımlarını Brayl şrifti kimi toxunma ilə ötürən cihazdır. Yeni texnologiya real vaxt rejimində titrəyən, ərazinin relief xəritəsindən ibarətdir. Fərqli titrəyiş rejimləri topun hərəkətini, atışları, qolları və digər hadisələri göstərir.
Oyunun hesabı və vaxtı, cihazın ayrı-ayrı bölmələrində göstərilib. Bundan əlavə, audio şərhləri səsləndirmək imkanı da mövcuddur.
“OneCourt” birbaşa arenadan məlumat almaq üçün isə, Wi-Fi və 5G-ni dəstəkləyir.
Qeyd edə ki, cihaz hazırda basketbol, beysbol və Amerika futbolu üçün sınaqdan keçirilir