Görməni bərpa edən ilk retina müalicəsi


GÖRMƏNİ BƏRPA EDƏN İLK RETİNA MÜALİCƏSİ
2028-Cİ İLƏ QƏDƏR SINAQLARA BAŞLANILACAQ
Alimlər görmə qabiliyyətini bərpa edən ilk retina müalicəsini hazırlayıb. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Cənubi Koreyanın KAIST universitetinin professoru Kim Jin-Wunun rəhbərlik etdiyi tədqiqat qrupu retina zədələnmələrinə qarşı sinir yenilənməsi ilə görməni bərpa edən ilk müalicə üsulunu hazırlayıb. Siçanlar üzərində aparılan təcrübələrdə “Prox1” adlı zülalın neytrallaşdırılması ilə retina hüceyrələrinin yenidən formalaşmasına və görmənin 6 aydan çox müddətdə bərpasına nail olub.
“Prox1” zülalı normalda sinir hüceyrələrində olur və qlial hüceyrələrin yenidən neyronlara çevrilməsini əngəlləyir. Komanda Prox1-in neytralizasiyası üçün xüsusi antitel hazırlayıb.
İnnovativ müalicənin 2028-ci ilə qədər klinik sınaqlara başlanması planlaşdırılır.