Gözlərini yuvasından çıxaran gənc Ginnesin rekordlar kitabına düşdü

28 yaşlı gənc unikal qabiliyyəti sayəsində – gözlərini göz yuvalarından 1.88 sm qədər çıxara bilməsi ilə Ginnesin Rekordlar Kitabına daxil olub.İtaliyanın Milan şəhərində yaşayan uruqvaylı Uilyams Martin Sançes Lopezin bu qabiliyyət onda uşaqlıqdan var. Təxminən 8-9 yaşında olarkən, o, gözləri ətrafındakı əzələləri boşaldaraq gözlərini hədəqəsindən çıxara biləcəyini kəşf edib. Gözünü yuvasından çıxaran Uilyams isə yalnız dostlarını və təsadüfi yoldan keçənləri təəccübləndirməklə kifayətlənmir, həm də sosial şəbəkələrdə populyarlıq qazanır. Onun bu hərəkəti nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər ondan bu qeyri-adi hərəkəti təkrarlamağını xahiş edirlər.Gözləri bu hala gətirmək görməyə zərərlidirmi? Sualın cavabını SAF Hospitalın cərrah-oftalmoloqu Leyda Kazımova verib.