Gündəlik yod qəbulu nə qədər olmalıdır?- ENDOKRİNOLOQ

“Ümumiyyətlə, orqanizmə girən yodun 90 faizi qalxanabənzər vəz toxumaları tərəfindən götürülür. Qəbul olunan minimal miqdar 50 mikroqramdan aşağı olmamalıdır. Normada bütün insanlar 90,120,150 mg-a qədər yod qəbul etməlidir. Hamilə şəxslərdə bu rəqəm 200-ə də çata bilir”.

Bu sözləri Medicalmedia.az-a açıqlamasında həkim-endokrinoloq Lamiyə Nəbibəyli deyib.  

“Bu bildiyimiz adi yodlar deyil,xüsusi yod preparatlarıdır. Tərkibində yod olan qidaların,məsələn balıq,feyxoa istehlak edən şəxslər gündəlik yod içmək kimi bir məcburiyyətləri yoxdur”. 

Bundan başqa endokrinoloqun sözlərinə görə, bəzi endemik zonalarda,torpaqda,suda yod çatışmazlığı olan ərazilərdə yaşayan şəxslər mütləq əlavə yod qəbul etməlidir. 

Zeynəb Müzəffərli