Həyat keyfiyyətini aşağı salan ayaq ağrıları: səbəbləri-TERAPEVT
Həyat keyfiyyətimizi aşağı salan ağrılardan biri də ayaq nahiyəsində yaranan narahatlıqlarla bağlıdır.
Medicalmedia.az-a açıqlamasında həkim-terapevt Arzu Musayeva bildirdi ki, son zamanlar pasientlər aşağı ətraflarda yorğunluq, şişginlik, keyləşmə kimi şikayətlərlə xəstəxanaya müraciət edirlər. Həkimin sözlərinə görə, daha çox bu kimi şikayətlər orta yaş həddində olan xəstələr arasında müşahidə olunur.
“Bunun fizioloji və ptoloji səbəbləri ola bilər. Fizioloji səbəblərə uzun müddət ayaqüstə dayanmaq,dəzgah arxasında işlədikdə, idmanla daha çox məşğul olmaq daxildir. Bu hal keçici xarakter daşıyır,müəyyən qədər istirahətdən sonra düzələ bilər”.
Terapevt qeyd etdi ki, amma əgər sadalanan şikayətlər uzunmüddət davam edirsə və keçib getmirsə, bu hal orqanizmdə gedən ciddi problemlərdən xəbər verir. Bu ciddi problemlər zamanında aşkarlanmazsa, bu hal insanları həyatı boyu daha ağır proseslərlə üzləşdirə bilər.
Zeynəb Müzəffərli