Hamiləlikdən öncə müayinə vacibdir- həkim ŞƏRHİ

“Ümumiyyətlə, hər bir qadın hamilə qalmadan öncə müəyyən testlər var ki, mütləq şəkildə onlardan keçməlidirlər”. 

Bu sözləri Medical Media-ya açıqlaması zamanı ginekoloq-cərrah Emin Haqverdiyev deyib. 

“Hamiləlik dövründə qarşılaşdığımız təhlükəli hallardan biri də infeksiyalardır. Bunlar isə çox zaman hamiləlikdən öncə yaranır və hamiləlik zamanı özünü daha qabarıq göstərir. Bu baxımdan bu infeksiyalar zamanında izlənilib,müalicə olunmaldır”.

Həkimin sözlərinə görə zamanında müayinə həmçinin müalicənin də effektiv olmasına köməkdir. Çünki, bu infeksiyalara qarşı müəyyən antibiotiklər,dərmanlar hamiləlik dövrü istifadə oluna bilmir. 

“Bundan başqa uaqlıq boynundakı eroziyalar,rəng dəyişimi, xərçəng yönümlü problemlərdə zamanında müəyyən testlərlə ortaya çıxmalıdır.  Çünki hamiləlik zamanı immun sistemi aşağıya doğru çəkilir. Bu zaman altda yatan infeksiyalar,onkoloji problemlər ciddi şəkildə özünü birüzə verə bilər”. 

Ginekoloq-cərrah sonda bildirdi ki bəzən bu testlər tək qadınlara yox,kişilərə də aid edilir. Cütlüklər övlad sahibi olmağa qərar veriblərsə, mələhət göülür ki, yuxarıda sadaladığımız problemlər yaşanmasın deyə müəyyən test və müayinələrdən keçsinlər. 

Zeynəb Müzəffərli