Search for:

Medical Media ixtisaslaşmış onlayn tibbi informasiya resursudur. Səhiyyə sahəsində eksklüziv xəbər şəbəkəsinə malik ilk audiovizual platformadı.
Missiya
• Tibblə bağlı informasiya bürosunun qurulması
• əhatəli və peşəkar xəbərlərin hazırlanması və yayılması
• ixtisaslaşmış onlayn televizyanın yaranması
• özəl tv layihələrin təqdimatı
• birbaşa vizual təmaslarla həkim ekspertlərlə məsləhətləşmələr
• canlı onlayn konfransların təşkili
• dünya tibbinin yenilikləri barədə məlumatlılıq
• global tibb şəbəkəsinə birbaşa çıxış
• tanımış, dünya şöhrətli həkimlərin video seminarlarının, ideya mübadiləsinin təşkili
• təcrübə mübadiləsi barədə məsləhətləşmələr və praktik əməkdaşlığın qurulması
• Azərbaycanda ilk onlayn klinikanın yaradılması
• peşəkar həkimlərlərlə birbaşa ünsiyyət imkanı
• tibb personalı üçün Korporativ Sosial Məsuliyyət layihələrinin təşkili
Medical Media tibbi informasiyanının daşınması və yayılması tariximizin yeni mərhələsidi.

HƏKİMLƏR

Ekslüziv informasiya yayım şəbəkəsinə sahib Medical Media tibb tariximizdə bir ilkə imza atır. Həkimləröz pasiyentləriylə birbaşa ünsiyyəti üçün onlayn resurs əldə edir. Medical Media elektron səhiyyə kataloqu vasitəsiylə həkimlərə ünvanlanan sualları onlara çatdırmaq niyyətindədir. Həkimlərin elektron kataloquna ünvanlanmış suallara cavablar tez bir zamanda oxucuya çatdırılacaq.

VEBNAR

Medical Media öz tərəfdaşlarına unikal imkanlar yaradır. Saytın VEBNAR bölümü elmi metodik və maarifçilik hissələrinə ayrılacaq. Elmi metodik hissədə kəkimlərin elmi araşdırılmalarının təqdimi, xəstəliyinin proflaktikasıyla bağlı görüşlər, səhiyyə işçiləri üçün onlayn konfranslar, tibb içşiləri üçün ixtisalaşmış dərslər təşkil olunacaq. Tibbi maarifçilik hissəsində sadə vətəndaşlar üçün onlayn həkim qəbulları, xəstəlik barədə sualların onlayn cavablandırılması, canlı ünsiyyətdə vətədaşlara xəstəliklə bağlı bir və ya bir neçə həkimin görüntülü məsləhətləri nəzərdə tutulur. Medical Media saytı vasitəsiylə tibb işçiləri öz ixtisaslarının artırılması sahəsində yeni biliklər qazanacaq, sadə vətəndaşlar isə həkimlərlə canlı ünsiyyətdə öz suallarına cavab tapa biləcək.

Canl yayım

Medical Media öz yayım resursları üzərindən fasiləsiz canlı yayımlar təşkil edir. Hər gün yenilənən xəbər saytı, ixtisaslaşmış onlayn televizya, canlı yayımlar, beynəlxalq onlayn konfransların təşkili, ilk onlayn klinika komfort informasiya mənbəyidir.

BİZ KİMİK?
Medical Media səhiyyə sahəsində eksklüziv xəbər şəbəkəsinə malik ilk ixtisaslaşmış media olaraq öz partmyorlarını hər gün ölkədə və dünyada baş verən tibbi yeniliklərlə təmin edir. Səhiyyə tarximizdə ilk dəfə Azərbaycan həkimi Mediacal Mediyayla əməkdaşlıq sayəsində özünün imkanlarını təqdimetmə fürsəti qazanır, global tibbi şəbəkəyə çıxış əldə edir. Dünyanın tanınmış həkimləriylə təcrübə mübadiləsi aparmaq, öz təcrübələrini beynəlxalq elm mərkəzlərinə çatdırmaq baxımından da Medical Media yeni fürsətdir.

ÜSTÜNLÜKLƏRİMİZ

Media aləmində yeni cığır açmağı hədəfləyən Medical Media Azərbaycan həkiminə inanılmaz fürsətlər yaradan ilk ixtisaslaşmış onlayn kanaldır. Medical Media tibbi yeniliklərin yayılması missiyasını məqsəd seşib. Ən yaxşı Azərbaycanlı həkimi, mövcud xəstəliklərin ən yaxşı müayinə və müalicə üsulu və ən yaxşı tibb müəssisəsi barədə ən son yeniliklər Medical Medianın informasiya bazasında yerləşdiriləcək.