HAVA YOLU ŞİRKƏTİ SƏRNİŞİNLƏRƏ “DRESS-KOD” TƏTBİQ EDİB
3 QADIN TƏYYARƏDƏN ENDİRİLİB
Hava yolu şirkəti sərnişinlər üçün müəyyən geyim qaydaları tətbiq edib. ABŞ-ın “Spirit Airlines” şirkətinin tətbiq etdiyi üsul nəticəsində, 3 qadın qısa-top geyindikləri üçün təyyarədən endirilib.
Şirkət müştərilərindən səyahət edərkən bədənlərini örtən və sadə geyimlər seçmələrini tələb edib. Onlar bilet alarkən müqavilə imzalayır. Müqavilədə isə “uygunsuz geyim” olduğu təqdirdə sərnişinlərin uçuşa buraxılmayacağı qeyd olunub. Bu, “əhəmiyyətsiz, pis və ya təhqiredici olan” geyimləri əhatə edir.
Uçuşa buraxılmayan sərnişinlərin sözlərinə görə, onlar adi geyimdə idi: ağ qısa top geyinmişdilər və bu onlara icazə verilmişdir. Bu isə maddələrin bir hissəsidir. Səyahətçilər təyyarəyə sviter geyinərək daxil olub, lakin sonra hava çox isti olduğu üçün onları çıxarıb. Nəticədə onlar uçuşdan kənarlaşdırılıb. Həmçinin qeyd olunub ki, onlara yeni bilet almaq üçün 1000 dollar ödəmək məcburiyyətində qalıb. “Spirit Airlines” isə əvvəlki uçuşun biletini geri qaytarmayıb.