HƏKİMƏ GETMƏDƏN QİÇS-İ BELƏ MÜƏYYƏN ETMƏK OLAR

EKSPRES-TEST YANILA BİLƏRMİ?

İnsanın immunçatışmazlığı virusunun müayinəsi ekspres-test üsulu ilə aparmaq olarmı? Ekspres-test müsbət olarsa, pasient İİV-ə yoluxmuş hesab olunurmu?
Sualı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mərkəzinin həkim laborantı Aygün Səfərova sehiyye.gov.az-a verdiyi müsahibədə cavablandırıb.

Həkim bildirib ki, İİV-in diaqnostikası məqsədilə ÜST-nin son tövsiyələrinə əsasən, yeni testləşmə alqoritmində ekspres-testlərdən istifadə olunması məqsədəuyğun hesab edilir. Belə ki, ekspres-testlər həm əlçatandır, həm də 20-25 dəqiqə ərzində nəticə əldə etməyə imkan verir. Bu halda İİV-ə müayinə üçün istifadə olunan ekspres-testlərin 4-cü nəsil olması tövsiyə olunur. Bu testlər İİV-nin p24 antigenin həmçinin, İİV ½ antitelərini aşkar etməyə imkan verir.
Aygün Səfərova qeyd edib ki, ekspres-test nəticəsi müsbət olarsa təşvişə düşüb yekun qərar vermək olmaz. Belə ki, nəticənin dəqiqliyi üçün digər təsdiqləyici üsullardan istifadə etmək tövsiyə olunur. Ekspres-testin də yanlış müsbət nəticə göstərmə ehtimalı rast gəlinəndir. Bu hal yanaşı gedən infeksion xəstəliklərdə, onkoloji xəstəliklərdə, sistem xəstəlikləri və s. hallarda müşahidə oluna bilir, deyə həkim laborant vurğulayıb.