HƏKİMLƏR GÖRƏNDƏ ŞOK OLDU: BEYİNSİZ ADAM
İQ TESTİ 75 BAL ÇIXDI
44 yaşlı fransız ayaqlarındakı ağrılardan şikayət edərək xəstəxanaya müraciət edib. İlkin müayinə heç bir nəticə vermədiyindən tam ekspertizanın keçirilməsinə qərar verilib. Baş müayinəsinə çatanda həkimlərin özünə tibbi yardım lazım olub. Belə ki, pasientin beyinsiz olduğunu görən həkimlərin nitqi quruyub.
MRT görüntülərindən həkimlər kişinin kəlləsinin demək olar ki, tamamilə maye ilə dolduğunu anlayıb. Belə bir tarixçəsi olan insanın heç bir əqli qüsuru olmadan, ümumiyyətlə, necə sağ qalması, iki uşaq atası olması və dövlət qurumunda işləməsi müəmmalıdır. Test nəticələri xəstənin İQ səviyyəsinin 75 bala çatdığını göstərib. Yəni adamın beyninin tamamilə suda batdığına baxmayaraq zəkası və idarəetməsi qüsursuz olub. 30 il ərzində beyinə yığılan su, tədricən orqanı yoxa çıxarıb.
Bu qeyri-adi tibbi fakt alimlər arasında mübahisələr yaradıb və bir daha sübut edib ki, insan öz beyni haqqında çox cüzi biliklərə malikdir.