Hərəkət pozuntusu olanlar üçün yeni çip

BEYİNƏ İMPLANT EDİLƏCƏK
Bədəninin hərəkətetmə bacarığında pozuntuları olanlar üçün yeni çip icad edilib. Çip hərəkətetmədə problemləri olan pasientlərin böyük matorikasındakı fəsadları aradan qaldırmağa hesablanıb.
Blackrock Neurotech və ClearPoint Neuro BCI implantasiyanı asanlaşdırmaq üçün avtomatlaşdırılmış cərrahi həll hazırlayır.
Blackrock NeuroPort Array yüksək ayırdetmə və məkan əhatəsi ilə fərdi neyronlardan gələn siqnalları qeyd edir. Cihaz neyrocərrah tərəfindən kəllədəki kiçik dəlikdən implantasiya ediləcək. Cərrah, damarlara zərər vermədən elektrodları dəqiq şəkildə daxil etmək üçün pnevmatik alətdən istifadə edəcək.
Simsiz versiyalarda elektrod massivi dərinin altına yerləşdirilən kardiostimulyatora bənzər korpusa qoşulacaq.