Hökumət supermarketlərlə əməkdaşlıq edəcək

SAĞLAM QİDA DAHA ƏLÇATAN OLACAQ

Britaniya hökuməti piylənməyə qarşı mübarizə aparmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə supermarket və ərzaq şirkətləri ilə əməkdaşlığa başlayır. Yeni plana əsasən, mağazalar sağlam qidaları daha əlçatan və cəlbedici etməlidir. Bu, məhsul yerləşməsinin dəyişdirilməsi, endirim kampaniyaları və müştəri loyallıq proqramlarında dəyişiklikləri əhatə edir.Hökumət supermarketlərin sağlam qida satışları barədə hesabat verməsini planlaşdırır. Eyni zamanda, vətəndaşlara sağlam həyat tərzi üçün tətbiqlər vasitəsilə kuponlar veriləcək, arıqlama proqramlarının sayı artırılacaq və zərərli qidaların reklamına nəzarət gücləndiriləcək.Rəsmilər bildirir ki, əgər gündəlik 50 kilokalori az qəbul edilsə, yüz minlərlə insan piylənmədən xilas ola bilər.