İflic xəstələrdə danışıq və hərəkət bərpa edəcək Layer 7 kortikal interfeys

Beyinin səthindəki elektrik aktivliyini qeyd etməyə, izləməyə və stimullaşdırmağa kömək edən beyin implantı rəsmi olaraq təsdiqləndi.
Amerika Qida və Dərman İdarəsi, Neuralink-in həmtəsisçisi İlon Mask tərəfindən qurulan “Precision Neuroscience” şirkətinin Layer 7 adlı kortikal interfeysi iflic xəstələrə yardım məqsədilə yaradılıb. Təsdiq, implantın klinik tətbiqlərdə 30 günədək istifadə olunmasına imkan verir.
Precision cihazı artıq 37 xəstədə sınaqdan keçirib və klinik araşdırmalarını genişləndirməyi planlaşdırır. “Layer 7” implantı, beynin səthindəki aktivliyi qeydə alan 1024 elektrodadan ibarətdir və bu, hansı bölgələrin aktivləşdiyini daha dəqiq müəyyən etməyə imkan verir. Şirkət bildirib ki, texnologiya iflicli xəstələrdə danışıq və hərəkət kimi funksiyaların bərpasına kömək də edə bilər.
Cihazın satışına 2026-cı ildə başlanacaq.