İlk avtonom cərrah robot təqdim edildi


İNQİLABİ YENİLİK
ABŞ-ın məşhur Conns Hopkins Universitetinin tədqiqatçıları dünyada ilk dəfə əməliyyatları tam avtonom şəkildə yerinə yetirə bilən cərrahiyə robotunu — SRT-H (es ar ti eyc) sistemini təqdim edib. Yeni robot əməliyyat zamanı öyrənə və öz hərəkətlərini adaptasiya edə bilir. Tədqiqatın nəticələri nüfuzlu Science Robotics jurnalında dərc olunub.
SRT-H robotu insan orqanizmini dəqiq təqlid edən süni toxumalarda xolesistektomiya — öd kisəsinin çıxarılması əməliyyatlarını uğurla yerinə yetirib. Əməliyyat 17 mərhələdən ibarət olub və robot protokolları və damarları düzgün şəkildə müəyyən və emal edib. Ən maraqlı məqam isə odur ki, robot əməliyyat zamanı səsli komandaları anlayaraq hərəkətlərini ona uyğunlaşdırıb. Onun iş prinsipi ChatGPT kimi süni intellekt texnologiyalarına əsaslanan maşın öyrənməsi arxitekturası ilə işləyir.
SRT-H oxşar prosedurları donuz orqanları üzərində də uğurla həyata keçirib. Alimlər hesab edir ki, bu cür avtonom cərrahiyə sistemləri təxminən 10 il ərzində klinik praktikada geniş istifadə olunacaq.