İnsanlara çağırış edildi : Küçələrə çıxmayın.
LOS-ANCELESDƏKİ YANĞININ SAĞLAMLIĞA FƏSADLARI
Los Angeles meşə yanğını milyonlarla insanın sağlamlığını təhlükə altına salır. Şəhərin səhiyyə rəsmiləri insanlara açıq havaya çıxmamağı tövsiyyə edir.
Yanğın Departamentinin tibb direktorunun köməkçisi Dr. Puneet Gupta, meşə yanğınlarından çıxan tüstünün əksər insanların ürək-damar sitemini zədələdiyini bildirib. Dr. Gupta Yanğın əsnasında siyanid və karbon dioksid qazalarının daha çox infarkta və astma xəstələrinin nəfəs darlıqlarına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, riskli ərazidə qrip mövsümü ilə əlaqədar xəstələrlə dolu olan klinikalar var. Onları ekakuasiuya eləməyə məcbur qalsaq, çox ciddi kriz yaşadacaq, deyə Amerika Təcili Tibbi Yardım Kollecinin sözçüsü olan Dr. Gupta bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meşə yanğınlarından çıxan tüstü hissəcikləri ağciyər, ürək və beyin kimi vacib orqanları zədələməklə bərabər, boğulmaya və hətta ölümə də səbəb ola bilir.
Xatırladaq ki, yanğında 10 nəfər ölüb, 9 mindən çox tikili zədələnib və ya dağılıb, ən azı 130 min sakin təxliyə əmri altındadır.