İnsultdan sonra bədəni bərpa edən ilk dərman təstiqləndi


İNQİLABİ KƏŞF
İnsultdan sonra tam bərpa olunmağa imkan verən ilk dərman təsdiq edilib.
Bu inqilabi kəşf, Amerikan alimləri tərəfindən hazırlanıb. Mütəxəssislər bu dərmanın daxili beyinqanama müalicəsinin nəticələrini dəyişə biləcəyini də bildirir.
Hazırda insultdan sonra xəstələrin motor funksiyalarını bərpa etmək üçün yeganə yol intensiv reabilitasiyadır. Lakin onların əksəriyyəti tələb olunan fiziki yüklərə dözə bilmir, bu da sağalma prosesini gecikdirir. Yeni kəşf edilən DDL-920 preparatı isə, uzunmüddətli fiziki reabilitasiyaya ehtiyac olmadan hərəkət üzərində nəzarəti bərpa edə bilir.
İnsult nəticəsində, hərəkət üçün vacib olan neyronlar arasındakı əlaqələr pozulur. Bu, həmçinin beynin normal fəaliyyətini təmin edən xüsusi ritmlər olan qamma oskilyasiyalarının itirilməsinə də səbəb olur. DDL-920 məhz bu oskilyasiyaları bərpa edir və neyronların birləşməsinə kömək edərək, beynin zədələnmiş hissələrini düzəldir və hərəkətlər üzərində nəzarəti bərpa edir.
Qeyd edək ki, preparat siçanlar üzərində uğurla sınaqdan keçirilib və insanlar üzərində klinik sınaqlara hazırlıq görülür.