Kəkələmənin yaranmasının genetika ilə əlaqəsi var- NEVROLOQ

“Bəzən ailədə valideynlərin kəkələməsi uşaqlarda da bu halın yaranmasına səbəb olur. Bəzən hətta bu halı gizlədirlər. Biz uşaqları müayinə edərkən mütləqa valideynlərdən soruşuruq. Valideynlərdən biri,yaxud bacıdamı,qardaşdamı bu kimi hallar yaranıbmı? Biz bunu ona görə soruşuruq ki, əgər ailədə kəkələmə irsi faktora dayanırsa,bu kökündən müalicə olunmalıdır”. 

Bu sözləri Medicalmedia.az-a açıqlamasında uşaq nevroloqu Təranə Feyruzqızı deyib. 

Həkimin sözlərinə görə, bu yolda loqoped və psixoloq dəstəyi də vacibdir. 

“Bizim əsas müalicə üsulumuzda uşağın koqnitiv davranışlarını bərpa etməkdir. Bəzən müalicə seanslarımız 10-20 gün müddətində davam edir”.
Uşaq nevroloqunun sözlərinə görə, bu halda zamanında həkimə müraciət vacibdir. 
 
Zeynəb Müzəffərli