Kəskin və xroniki ağrılardan qurtulmağın yolu ağrı həkimidir – Alqoloq Asif Şərifov yeni müalicənin üstünlüklərini açıqladı
Son zamanların ən çox müzakirə olunan mövzularından biri ağrı həkimliyidir. Ölkəmiz üçün yeni sahə olan alqologiya haqqında müxtəlif fikrilər səsləndirlir. Ağrıyla mübarizə ixtisasının yaranmasını tibb elmində inqilab sayanlar da, onun praktik əhəmiyyətinin az olduğunu iddia edənlər də var. Əslində vəziyyət necədir? Doğrudanmı, ağrı həkimi varsa, terapvetə getməyə ehtiyac yoxdur? Başqa həkimlərə getməmişdən əvvəl ilk olaraq alqoloqamı müraciət etməliyik?
Medicalmedia.az bu və digər suallar barədə Baku City Klinikasının həkim-alqoloqu Asif Şərifovla söhbətləşib.
Həkim ilk olaraq vurğulayıb ki, alqologiya spesfik sahədir və digərləriylə qarışdırmaq düzgün deyil:
“Ağrı həkimi insan orqanizimində olan kəskin və xroniki ağrıların müalicəsiylə məşğul olur. Kəskin ağrılar bədənimizin müxtəlif nahiyələrində ola bilər. Bu ağrılardan yaxa qutarmağın ən yaxşı üsulu ilk olaraq alqoloqa müraciət etməkdir. Dünya təcrübəsində də belədi ki, belə şəraitdə ilk olaraq ağrı həkiminə müraciət etmək tövsiyə edilir. Bu sahənin yaranmasının əsas səbəbi də, kəskin və xroniki ağrıların müalicəsi ilə məşğul olan spesfik ixtisas yaratmaq olub”.
– Ağrı həkimi ifadəsi elə təəssürat yaradır ki, sanki biz adi ağrılarımız olduqda da alqoloqun yanına getməliyik…
– Siz bəzən “ürəyim ağrıyır”, “başım ağrıyır” ifadələrindən əvvəl “ağrıyıram” sözünü eşdirsiz, yəni əvvəlcə ağrıdan söhbət gedir, ona görə ağrı həkiminə müraciət ixtisas həkimlərindən əvvəl olmalıdı. Hansısa konkret nahiyyədə ağrı hələ həmin bədən nahiyəsindəki orqanın xəstəliyin mənbəyi olması anlamını vermir. Ona görə, artıq dünya tibb elmi daha proqresiv üsul olan alqologiyadan istifadə edir. Siz əvvəlcə ağrı həkiminə gedib şikayətinizin nə qədər əsaslı olduğunu bilməlisiz. Ağrılarınızı azaltmalısınız. Sonra ağrı həkiminin təyinatıyla digər ixtisas həkimlərinə müraciət etmək olar. Təbii ki, terapevt yanına getməklə alqoloqa müraciət etməyi qarışdırmaq da olmaz. Bunlar ayrı-ayrı seçimlərdi. Ağrı həkimi terapvet deyil. Alqologiya daha çox kəskin və xroniki kəskin ağrıların müalicəsiylə məşğul olur. Tibbi naliyyətlər qazanmış dünya ölkələrində artıq neçə illərdi alqoloqun göstərişi və istiqaməti olmadan insanlar kardioloqa, nevropatoloqa və ya digər ixtisas həkimlərinə müraciət etmirlər. Bizim praktikamız üçün yeni olsa da, tibbi nöqteyi-nəzərdən də ağrı həkiminə müraciət hamıdan əvvəl olunmalıdı. İlk olaraq ağrını alqoloq dəyərləndirməlidir. Bir şeyi bilməyimiz xüsusiylə vacibdir, alqologiya elmi nevrologiya, fizioterapiyadan, anstezologiyadan ayrılımış bir sahədir. Yəni bu elm birdən-birə yaranmayıb, uzun illərin tibbi tədqiqatlarının nəticəsidir.
– Pasiyentlərin ağrı həkiminə müraciət tempi necədir və onlar müalicələrdən məmnundurlarmı?
– Son 3 ildə ölkəmizdə alqoloqların sayı xeyli artıb. Xroniki və kəskin ağrıların müalicəsiylə ciddi məşğul oluruq. İnsanların son il ərzində müraciətlərinin sayının çoxalması bizi xüsusiylə sevindirir. Onların məmnunluğu hər birimizdə gördüyümüz işə sevgini artırır və düzgün yolda olduğumuzu göstərir. Əvvəllər beləydi ki, ağrısı olanlar daha çox nevropatoloqa və digər müvafiq ixtisas həkimlərinə gedər, qəbul elədikləri dərmanlar köməklik göstərmədikdə cərrahi müdaxiləyə ümid edirdilər. İndi isə ilk olaraq ağrı həkiminə gəlməklə onlar xəstəliyin mənbəyini tez tapırlar və daha tez müalicə olunurlar.
– Ağrı həkiminə gələnlər adi laborator yoxlamalardan keçirlər, ya fərqli müayinə üsulları mövcuddur?
– Alqoqologiya xüsusi elmdir. Biz xüsusi ağrı testləri vasitəsiylə xəstəliyin mənbəyini müyyənləşdiririk. Bunların bəziləri ağrıyla bağlı laborator testlərdir. Əgər hansısa konkret şikayətləri olubsa, tutaq ki, şəkər xəstəsidirsə, kardioloji problemləri varsa, o testlər də bizim müayinəyə daxil olur. Bizim müayinələr tam narkossuz, qansız, ağrısız analizlərdi. Bir məsələyə də aydınlıq gətirim ki, biz müxtəlif xəstəliklərin ağrılarıyla məşğuluq. Yəni onkoloji xəstəliklərdən tutmuş ən ciddi ürək xəstələrinə qədər müxtəlif xəstəliklərin ağrılarını müayinə və müalicə edirik.