Kimlər oruc tuta bilməz ?


MÜTƏXƏSSİS AÇIQLADI

Ramazan ayında oruc tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, mənfi hallarla nəticələnə bilər.
İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar (xüsusilə ilk 3 və ya son 3 ayda), qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya onikibarmaq bağırsaqda xorası, xroniki qaraciyər və xroniki böyrək xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbiylə əməliyyat keçirmiş və müntəzəm qidalanmalı vacib olan, aktiv yoluxucu bir xəstəliyi olanlar həkimlərinin icazəsi olmadan oruc tutmamalıdırlar.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev sehiyye.gov.az saytına verdiyi müsahibədə deyib.

Həkim həmçinin bildirib ki, sağlam insanların oruc tutmağı tibb ictimaiyyəti tərəfindən də qəbul edilən, insan səhhəti üçün faydalı prosesdir.