Layla emosional intellekti formalaşdırır

MAHNI OXUMAQ XOŞBƏXT EDİR
“Uşağın İnkişafı” jurnalında dərc edilmiş yeni beynəlxalq araşdırma sübut edib ki, laylalar körpələrin xoşbəxtliyi və sakitliyi üçün güclü vasitədir və körpənin inkişafına müsbət təsiri uzun müddət davam edir.
Yel Universiteti (ABŞ), Oklend Universiteti (Yeni Zelandiya) və digər aparıcı dünya institutlarının alimləri unikal təcrübə aparıblar. 10 həftəlik proqramda təxminən 4 aylıq körpələri olan 110 ailə (ABŞ və Yeni Zelandiyadan) iştirak edib.
Valideynlər və körpələr iki qrupa bölünüb. “Musiqi” qrupunun valideynlərindən gündə bir neçə dəfə övladlarına mahnı oxuyub, gecələr layla deyib. İkinci qrup isə normal həyatına davam etdirib. Hər iki qrupa günün müəyyən saatlarda video çəkib öz əhvalını paylaşmaq tapşırılıb.
Nəticədə günboyu uşaqlarına nəğmə deyən ailələrdə uşaqların yalnız əhvalının deyil, emosional intellektinin daha tez inkişaf etdiyi aşkar edilib.