MedNews

10.06.2021

HAVA NƏQLİYYATINDAN İSTİFADƏ QAYDALARI DƏYİŞDİ – COVID-19 PASPORTU TƏLƏBİ SƏRTLƏŞDİ

“Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da bir sıra dəyişikliklər olunub.

 

 HAVA NƏQLİYYATINDAN İSTİFADƏ QAYDALARI DƏYİŞDİ – COVID-19 PASPORTU TƏLƏBİ SƏRTLƏŞDİ

 

“Koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da bir sıra dəyişikliklər olunub.

 

Dəyişikliklərə əsasən “Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimləncək. Arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilməsi, sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olmasının arayışlar əsasında həyata keçirilməsi ləğv olunub. Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar üçün  sərnişinləri reysə qəbul etmə şərtləri açıqlanıb: Yaşı 18-dən yuxarı əcnəbilər və vətəndaşlığı olmayan sərnişinləri – yalnız COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında; 1-18 yaş arasında sərnişinlər  yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında; Azərbaycan Respublikası vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlə uça biləcəklər.

 

Şərhinizi əlavə edin