MedNews

05/05/2022 11:15

“Ana və uşaq sağlamlığı hər bir həkimin məsuliyyyətində olan məsələdir”

37

“Ana və uşaq sağlamlığının qorunması bütün dünyada olduğu kimi, ölkəmiz üçün də dövlətin ən vacib prioritet hədəflərindən biridir. Bu istiqamətdə daha çox inkişaf etmək hər bir həkimin məsuliyyyətində olan məsələdir”.

 

MedNews xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim, t.e.d. Rəşad Mahmudov  “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda keçirilən beynəlxalq elmi konqresin açılış mərasimində çıxış edərkən belə deyib.

 

“Bugünkü tədbiri son aylarda keçirdiyimiz elmi konfransların məntiqi davamı hesab etmək olar”, - söyləyən R.Mahmudov konfransın elmi tərəfləri ilə bağlı fikirlərini bölüşüb. Həkim bildirib ki, tədbirin təşkilində əsas məqsəd dünyada hamiləlik və doğuş sahəsində olan yeniliklərlə bağlı hər kəsi maraqlandıran mövzularda fikir mübadiləsi aparmaq, eləcə də ekspertlərlə hamiləlik zamanı yanaşı xəstəliklərə dair birgə müzakirələr keçirmək, müvafiq sahənin inkişafına töhfələr verməkdir.

 

“Bu gün Azərbaycan əvvəlki illərdən fərqli olaraq Qarabağ problemini həll etmiş, Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirmiş güclü bir dövlətdir”, - deyə bildirən R.Mahmudov siyasi arenada olduğu kimi, tibb sahəsində də Azərbaycanın uğurla addımladığını, ölkə rəhbərinin bu sahəyə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığını vurğulayıb.

 

Həkim 5 may Beynəlxalq Mama Günü münasibətilə bütün tədbir iştirakçılarını, həmkarlarını, xüsusilə hər kəsin həyatında əvəzolunmaz rolu olan, gözünü açdığı zaman ilk gördüyü insanlar -, mama-ginekoloqları təbrik edərək konfransın işinə uğurlar arzulayıb.  Ginekologiya sahəsində çalışan həkimlərin bundan sonra da uğurlu nəticələrə imza atacaqlarına, yüksək statistik göstəricilərə nail olacaqlarını inamını ifadə edib.

Şərhinizi əlavə edin