MedNews

03/17/2023 18:01

Astma xəstəliyi daha erkən yaşlarda uşaqlıq zamanında başlayır

42

“Ağciyərlərdəki problemləri aşkarlamaq üçün xüsusi müayinələr mövcuddur. Dəqiq diaqnoz qoymaq üçün hər müayinə dəqiqliklə həyata keçirilməlidir. Xəstəliklərin inkişaf etməsində müxtəlif səbəblər rol oynayır”.

Bunu Medical Media-ya açıqlamasında həkim-terapevt Gülnar Quliyeva deyib.

Həkim qeyd edib ki, Karonavirusdan sonra ağciyər xəstəliklərinin sayı artıb. 35 yaşdan yuxarı şəxslərdə xüsusən də, fəsadlar müşahidə edilir. Astma xəstəliyi daha erkən yaşlarda uşaqlıq zamanında başlayır. Amma bəzi ağciyər xəstəliklərinin yaranmasında xarici faktorlar önəmli rol oynayır. Daha çox siaqret kimi zərərli vərdişləri olan şəxslərdə bu xəstəliklərə daha çox rast gəlinir. Amma müayinələrdən vaxtında keçməmək də bütün xəstəliklərin ağırlaşmalarına səbəb ola bilər.

Sevinc Hüseynova

Şərhinizi əlavə edin