MedNews

12.10.2021

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA

“Med News”

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.

 

“Med News” xəbər verir ki,  Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

 

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:

 

"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".

Şərhinizi əlavə edin