MedNews

08.06.2021

BAKIDA KORONAVİRUSA YOLUXAN ƏCNƏBİ FANATLAR HARDA YERLƏŞDİRİLƏCƏK?

“Koronavirus xəstələri üçün xüsusi məkan da seçilib. Belə hadisə baş versə, həmin azarkeşlər Atletlər Kəndində yerləşdiriləcək." Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

 

BAKIDA KORONAVİRUSA YOLUXAN ƏCNƏBİ FANATLAR HARDA YERLƏŞDİRİLƏCƏK?

 

“Koronavirus xəstələri üçün xüsusi məkan da seçilib. Belə hadisə baş versə, həmin azarkeşlər Atletlər Kəndində yerləşdiriləcək. Orada bir bloku rezerv etmişik. Bu, xüsusən xaricdən gələn azarkeşlər üçün nəzərdə tutulur. Təbii ki, bundan UEFA-nın, Azarkeşlər İttifaqının və fan klubların da xəbəri var”. Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, xaricdən gələn azarkeşlərə əlavə tələb qoyulub ki, hava limanında PCR testi istəsinlər. Testin cavabı neqativ olsa, onlar ölkəmizə daxil olacaqlar. “Təbii ki, azarkeşlərin də yoluxma ehtimalı var. Xüsusən xaricdən gələn fanatların. Çünki bəziləri çarter yox, tranzit reyslərlə gələcəklər.Bununla da risk çoxalır. Ümid edirəm ki, yoluxma olsa belə, çox az sayda qeydə alınacaq. Təki heç olmasın. Olsa belə, tədbirlərimizi görürük” – deyə icraçı vitse-prezdient vurğulayıb.

 

 

Şərhinizi əlavə edin