MedNews

10.06.2021

BÖLGƏLƏRƏ HANSI VAKSİNLƏR GÖNDƏRİLİR? - AÇIQLAMA

Azərbaycanda artıq bir neçə rayonda vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb.

 

BÖLGƏLƏRƏ HANSI VAKSİNLƏR GÖNDƏRİLİR? - AÇIQLAMA

 

Azərbaycanda artıq bir neçə rayonda vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb.

TƏBİB-dən verilən məlumata görə, Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda “CoronaVac” vaksini ilə yanaşı “Vaxzevria” peyvəndi də tətbiq olunur.

 Həkim ekspertlərin fikrincə isə, regionlarda fərqli vaksinlərin tətbiq edilməsi üçün ilk növbədə, həmin vaksinlərin saxlanmasına şərait yaradılmalıdır. Misal üçün “Pfizer” vaksini mənfi 75 dərəcə temperaturda xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması təmin edilməlidir. Bu baxımdan ekspertlər düşünür ki, müvafiq şərait yaradıldıqca, fərqli vaksinlərin tətbiq edildiyi regionların əhatə dairəsi də genişlənəcək.

Şərhinizi əlavə edin