MedNews

12.10.2021

Bu ölkədə həkim qıtlığı yaşanır, xəstəxanalar işini dayandırır

“Med News”

Başqırdıstanda həkim çatışmazlığı hökm sürür.

 

“Med News” xəbər verir ki, 70 min insanın yaşadığı ölkənin Üçalı vilayətində yerləşən xəstəxanada iki terapevt qalıb, morq və doğum şöbəsi fəaliyyətini dayandırıb.

 

Ölkədə insanlar saatlarla təcili yardım maşınını, həftələrlə koronavirus testlərini gözləyirlər.

 

Şəhər əhalisi buna görə geniş miqyaslı mitinqlər keçirir, hökumətə və nəzarət orqanlarına müraciət hazırlayıblar.

 

Tibb İşçilərinin Həmkarlar İttifaqının Başqırd rəhbəri Anton Orlovun sözlərinə görə, təcili tədbirlər görülməsə sosial gərginlik daha da güclənəcək.

 

Şərhinizi əlavə edin