MedNews

03/17/2023 17:05

Burun əməliyyatından öncə bunlara diqqət etmək lazımdır - Otorinlarinqoloq

43

“Estetik burun əməliyyatları məşhurlaşdıqca, bu əməliyyatı icra edən qeyri-peşəkar həkimlərin də sayı artır. Burun əməliyyatına qərar verən pasiyent sadəcə reklamlara aldanmamalıdır. Həkim seçərkən mütləq həmin həkimin öncə əməliyyat icra etdiyi pasiyentlərini tapmaq, işlərinə baxmaq lazımdır. Əks halda, əməliyyatın uğurla nəticələnməsi şübhə altında qala bilər”.

Bu sözləri Medical Media-ya açıqlamasında otorinlarinqoloq Pərviz Aslanov deyib.

Həkim qeyd edib ki, burun əməliyyatı üçün həkim seçərkən, lor estetik cərraha üstünlük vermək daha düzgün olar. Çünki yalnız estetik cərrah burunun mexanizmasına tam bələd olmaya və əməliyyat zamanı hər hansı zədələnməyə səbəb ola bilər. Bu baxımdan əməliyyat öncəsində bütün bunları nəzərə almaq lazımdır.

Sevinc Hüseynova

Şərhinizi əlavə edin