MedNews

10/24/2022 11:08

Daha bir ginekoloqa körpə ölümünə görə cinayət işi açıldı

62

Şirvanda yenidoğulmuş uşağının ölümünə görə, ginekoloqa cinayət işi başlanıb.

 

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, şəhər sakini Aytac Miriyevanın 26 avqust 2022-ci ildə Şəhər Mərkəzi Xəstəxanasında yenidoğulmuş uşağının ölməsi ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.

Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Xatırladaq ki, bir müddət əvvəl Şirvan Şəhər Mərkəzi Xəstəxanasında mama-ginekoloq işləyən Fərqanə Qədirova barəsində də yeni doğulmuş uşağın ölümünə görə cinayət işi açılıb.

Şərhinizi əlavə edin