
MedNews
03/13/2023 13:17
38
Dermatokosmeoloqdan vacib açıqlama: "Kök hüceyrələr olmasa..."

“İnsan doğulanda kök hüceyrə müəyyən maddələrdə olur. Əsas kök hüceyrələr ana bətnində ikən ciftdə olur. Buna həm də, həyat hüceyrəsi deyə bilərik. Kök hüceyrələr bütün toxumaların yenilənməsinə təsir edir”.
Bunu Medical Media-ya açıqlamasında dermatokosmeoloq Sevda Səmədova deyib.
Mütəxəssis bildirib ki, bu hüceyrələr nəticəsində insan orqanizmi yenilənir. Kök hüceyrələr bədənin əsas xammalıdır. Digər bütün hüceyrələr kök hüceyrələrdən törəyir, yaranır. Buna görə də çox vaxt bu hüceyrələrə elə həyat hüceyrəsi də deyirik. Kök hüceyrələr çoxalaraq qan, beyin, ürək əzələ və ya sümük hüceyrələrinə çevrilirlər . Kök hüceyrədən başqa orqanizmdə başqa heç bir hüceyrə bu funksiyanı daşımır.
Sevinc Hüseynova
Paylaşın: