MedNews

11/10/2022 11:04

Ebola virusundan ölənlərin sayı artdı

41

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb, daha 21 ölüm halı təsdiqlənməsi gözlənilir.

 

Bu barədə Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.

Qebreyesus vurğulayıb ki, hazırda əsas diqqət xəstələrin sağlam insanlarla təmaslarının müəyyənləşdirilməsi üzrə işlərin gücləndirilməsinə, eləcə də infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib.

Xatırladaq ki, Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin baş qaldırdığını açıqlayıb. Məlumata görə, hazırkı epidemiya Ebola virusunun nadir Sudan ştamından qaynaqlanır.

Zeynəb

Şərhinizi əlavə edin