MedNews

06/17/2022 11:56

Gənclər meymunçiçəyinə yoluxacaq – Məşhur professor

40

“Meymunçiçəyi 1982-ci ildə yayılan çiçək xəstəliyidir. Dərmanı isə “Ospa”adlanan peyvənddir. Bu peyvəndi vurduranların qoluna iz qoyurdular. Bir müddət sonra “Ospa” adlı çiçək xəstəliyi yoxa çıxdı. İndi yenidən necə olubsa, peyda olub”.

 

Bunu tibb elmləri namizədi, həkim Rəşid Mahmudov deyib. Onun sözlərinə görə, bu xəstəlik koronavirusdan fərqli olaraq, təbii yolla meymundan insana keçib.


Rəşid Mahmudov onu da əlavə edib ki, meymunçiçəyi koronavirus qədər təhlükəli ola bilməz.

 

Sonda həkim bildirib ki, Azərbaycanda gənclərin meymunçiçəyinə yoluxma ehtimalı daha böyükdür, çünki onlar buna qarşı peyvənd olunmayıblar.

Şərhinizi əlavə edin