MedNews

21.07.2021

HAMİLƏLƏRİN VAKSİNASİYAYLA BAĞLI ÇAĞIRIŞ – UST AÇIQLAMA YAYDI

Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun yenilənmiş tövsiyələrində deyilir

HAMİLƏLƏRİN VAKSİNASİYAYLA BAĞLI ÇAĞIRIŞ – UST AÇIQLAMA YAYDI

 

Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun yenilənmiş tövsiyələrində deyilir. Xüsusilə 35 yaşdan yuxarılar və yanaşı xəstəlikləri olan hamilələr risk altındadır. Mütəxəssislər hamiləlik dövründə koronavirusun erkən doğum riskini artırdığını bildirirlər. Onların sözlərinə görə, aparılan tədqiqatlarda COVID-19 peyvəndinin qadının və ya fetusun sağlamlığına zərərli təsirləri aşkar edilməyib. Bu baxımdan hamilə qadınların peyvənd vurdurması tövsiyə olunur. ÜST tövsiyələrində həmçinin analara peyvənddən sonra körpələrinə süd verə biləcəyi qeyd edilib. Bundan əlavə, ilkin məlumatlara görə, bu vəziyyətdə qorunma anadan uşağa ötürülə bilər.

Şərhinizi əlavə edin