
MedNews
03/17/2023 16:07
46
Hamiləlik öncəsi müayinələr çox vacibdir - TÖVSİYƏ

“Sağlam qadın sağlam uşaq dünyaya gətirir. Bu hər zaman belə olur. Bəzi istisna hallarda hamiləlik patologiyalarına görə vaxtından öncə doğuş baş verə bilər. Amma əksər hallarda qadının sağlam olması, həm də körpənin sağlam olması deməkdir”.
Bunu Medical Media-ya açıqlamasında ginekoloq-endokrinoloq Natavan Axundova deyib.
Həkim bildirib ki, sağlam hamiləlik üçün bundan başqa, hamilə olmazdan öncəki müayinələr də vacibdir. Hamiləliyə hazırlıq mərhələsində qadın mütləq analizlər verməli, orqanizmdə olan çatışmazlıqları öyrənməlidir. Zərurət olarsa, müalicə götürülməlidir. Bu yoxlanışlarda qalxanvari vəzin müayinəsi olduqca mühümdür. Çünki burada olan problem birbaşa hamiləliyə təsir edə bilər.
Sevinc Hüseynova
Paylaşın: