MedNews

30.11.2021

Həkim: “Yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur”

"Med News”

Koronavirusun yeni “Omikron” ştammının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən keçirməyə vadar edib. 

 

"Med News” xəbər verir ki, Cənubi Afrikadan olan həkimlərin verdiyi məlumata görə, bu ştamma yoluxmuş insanlarda qoxu və dadbilmə itmir. 

Həkimlər qeyd edirlər ki, “Omikron” ştammı ilk olaraq gənclər arasında yayılır. 

Bəs bu yeni ştamm Azərbaycanda yayıla bilərmi?

Həkim Vasif İsmayıl məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ştamm Türkiyə və Rusiyada aşkarlanarsa, ölkəmizdə də yayıla bilər. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, daha əvvəllər COVID-19-a yoluxmuş insanlarda yeni “Omikron” ştammına yoluxma riski yüksək ola bilər. Bu səbəbdən xüsusilə qış aylarında immunitetimizi güclü saxlamaq lazımdır, əks halda, yoluxma sayı yenidən arta bilər. ÜST-nin məlumatında qeyd edilir ki, hazırda istifadə olunan testlər yeni ştammla yoluxmanı aşkar etməyə qadirdir. Yeni ştamma yoluxanlar əsas olaraq 20-30 yaş arası gənclər olur ki, onların da 65 faizi peyvənd olunmayanlardır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Şərhinizi əlavə edin