MedNews

11.06.2021

İKİNCİ DOZA PEYVƏND ÜÇÜN 56 GÜNLÜK MÖHLƏT – GECİKƏNLƏRƏ XƏBƏRDARLIQ

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlər iki dozalıdır. Birinci dozanı vurdurandan 14 gün sonra anticisimlər yaranmağa başlayır”.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova belə deyib. Onun sözlərinə görə, vətəndaş peyvəndin birinci dozasından 28 gün sonra ikinci dozanı vurdurmalıdır. “Bu müddət ərzində üzrlü səbəbdən ikinci dozanı vurdura bilməyən şəxslərə 56 gün şans verilir”-deyə işçi qrupunun üzvü vurğulayıb. Nailə Daşdəmirova qeyd edib ki, şans verilən müddətdə peyvəndin ikinci dozasını vurdurmayanlar artıq növbəti altı ay üçün gözləməli olacaq və yenidən peyvənd vurduracaq.

Şərhinizi əlavə edin