MedNews

09/24/2021 00:00

İnfarkt və insult halları: qan qrupları rol oynayırmı? - Kardioloq cavabı

143

"2017-ci ildə alimlər iddia edirdi ki, 1 və 2-ci qan qruplarda infarktın ehtimalı 4-cü qrupa baxanda daha çoxdur. Sonrakı araşdırmalardan məlum oldu ki, bu məlumat doğru deyil”.

 

Bu fikirləri “Med News” a kardioloq Rüfət Zeynalov deyib. O bildirib ki, xəstəliklərin qan qrupları ilə əlaqəli olması barədə sübuta yetirilmiş məlumat yoxdur:

 

“Hazırda bütün dünyada, eləcə də bizdə müayinələr zamanı qan qrupu nəzərə alınmır. Koronavirusla bağlı müayinələr zamanı da qan qrupu əsas götürülmür. Düzdür, COVID-19 ürəyə təsir edir. Kovid keçirən adamların infarkt, insult olmasına rast gəlirik. Koronavirus ürəyə, qan-damar sisteminə təsir etsə də, qan qrupu ilə əlaqəsi yoxdur”.

 

Xanım Eynullayeva

Şərhinizi əlavə edin